Çərçivəsiz ,tam açılaraq yanlara yığılan şüşəbənd sistemləridir.Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur.Məkanlara rahatlıq və maneəsiz mənzərə qazandıran bu sistemlərdə şüşə lövhələr aluminium rels üzərində hərəkət edərək sağa,sola və ya hər iki tərəfə yığılır.İlin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə məkanı istədiyiniz zaman tamam ,qismən bağlamaq və ya bütünlüklə açmaq ,ya da küləyi istiqamətləndirmək kimi fərqli imkanlar verir.İstiafdə olunan şüşələrin zərbəyə davamlı ,yəni temperli olması,təhlükəsizliyinizi təmin edir.Bundan əlavə özündən pərdəli sistemdən istifadə etməklə günəş işiğının qarşısını bütünlüklə və ya qismən ala bilərsiniz.Profillər aluminium olduğundan paslanmır ki,buda sistemin ömrünü bir bina ömrü qədər uzun edir.Çərçivəsiz şüşəbənd sistemləri eyvanın arxitektur quruluşunu pozmur,hətta bir çox rəng çeşidinin olması məkana dekorativ və estetik bir görünüş də bəxş edir.Ən önəmlisi isə sizi ətraf mühitin mənfi təsirlərindən – külək,yağış,toz ,səs və s qoruyur.